Neftin qiyməti ardıcıl üçüncü həftəni artımla tamamlayır
Dünya bazarında neftin qiyməti son bir ayın maksimum səviyyəsinə yüksəlib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bazarın yenidən balanslaşdığına dair müsbət meyillər fonunda “qara qızıl”ın qiyməti ardıcıl üçüncü həftəni artımla tamamlayır.
Nyu-York birjasında fyuçers müqavilələrinin qiyməti bir aydan artıq müddətdə ilk dəfə 27 dollar/barreli ötüb, bu həftə ərzində isə təxminən 14 faiz bahalaşıb.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 31 dollardan, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 28 dollardan baha satılır.