“Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,16 dollar ucuzlaşaraq 66,10 dollar təşkil edib
Dünya birjalarında neftin qiyməti bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 66,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 63,74 dollar olub.
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,16 dollar ucuzlaşaraq 66,10 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.