Prezident ötənilki büdcənin icrası barədə qanunu təsdiq edib

İqtisadiyyat

10.07.2019 - 18:57

Həkimlər Klinikalar SEO Xidməti

Büdcənin gəlirləri 22 508 869,67 min manat, xərcləri isə 22 731 644,518 min manat olmaqla təsdiq edilib

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiqləyib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ötənilki büdcənin gəlirləri 22 508 869,67 min manat, xərcləri isə 22 731 644,518 min manat olmaqla təsdiq edilib.

 

Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.

Müəllif: Ayna.az