Azərbaycan nefti cüzi ucuzlaşıb

İqtisadiyyat

26.11.2022 - 11:51

Neftin qiymətində azalma qeydə alınıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,02 ABŞ dolları, yaxud 0,02 % azalaraq 86,88 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 85,34 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

Müəllif: Ayna.az