Azərbaycan nefti 90 dollardan baha satılır

İqtisadiyyat

17.01.2023 - 11:37

Dünya bazarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,25 dollar artaraq 84,71 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,53 dollar ucuzlaşaraq 79,33 dollar olub.

Azərbaycan nefti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,91 dollar azalaraq 90,35 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az