"Azərbaycanda koronavirus ən çox 12 sahəyə təsir edib"

İqtisadiyyat

23.03.2020 - 21:29

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov müsahibəsində bildirib

 

Mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparılır.

 

AYNA xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov müsahibəsində bildirib.

 

O qeyd edib ki, bu məqsədlə yaradılmış işçi qrup tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalmış, təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib.

 

Nazirin sözlərinə görə, bunlar turizm, hotel, iaşə, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. sahələrdir.

Müəllif: Ayna.az