Azərbaycan millisi Şimali Makedoniya yığmasına qalib gəlib

İdman

20.11.2022 - 19:04

Bu, millimizin ardıcıl 5 oyunda 5-ci qələbəsidir

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu başa çatıb. AYNA xəbər verir ki, görüş milli komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın heyətində Elvin Cəfərquliyev, Musa Qurbanlı və Ramil Şeydayev fərqləniblər.

Bu, millimizin ardıcıl 5 oyunda 5-ci qələbəsidir. 

Müəllif: Ayna.az