"Avropa İttifaqının monitorinq missiyası gərginliyi azaldacaq"

Aktual

27.10.2022 - 12:20

Andrea Viktorin: “Bu, sülh müqaviləsinin imzalanması prosesinin daha rahat şəkildə həyata keçirilməsinə imkan verəcək”

“Müşahidə missiyası gərginliyi azaldacaq”. AYNA xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin deyib.

“Keçən həftə Aİ-nin Texniki Qiymətləndirmə Missiyasının işi başladı. Daha sonra fəaliyyət Aİ Monitorinq Missiyasına ötürülməlidir. Ermənistan hakimiyyəti ilə çox müsbət əməkdaşlıq var”, - Viktorin bildirib.

Aİ rəsmisi bildirib ki, müşahidəçilərin fəaliyyət formatı müşahidə aparmaq və birbaşa qərargaha hesabat verməkdir: “Aİ-nin bu monitorinq missiyasının yerləşdirilməsi artıq irəliyə doğru böyük addımdır. Ümid edirik ki, bu, sərhədlərdə gərginliyi azaldacaq, etimadın yaradılması funksiyalarını həyata keçirəcək. Bu da gələcəkdə sülh müqaviləsinin imzalanması prosesinin daha rahat şəkildə həyata keçirilməsinə imkan verəcək”.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə