Astarada ana və qızı dəm qazından boğularaq ölüb

Hadisə

27.01.2024 - 02:44

Hər iki şəxs kənd məktəbində müəllim işləyib

Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüb. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Penser kəndində baş verib.

Kənd sakini 1966-cı il təvəllüdlü Nazənin Cəmil qızı Şükürova və anası, 1944-cü il təvəllüdlü Tahirə Şirəli qızı Əliyeva hamamda dəm qazından boğularaq ölüblər. Məlumata görə hadisə vanna otağında baş verib.

Qeyd edək ki, hər iki şəxs kənd məktəbində müəllim işləyib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az