Rusiya istiqamətindən əməliyyat məlumatı gəlib

Hadisə

21.10.2019 - 11:07

Avtomobildə gömrükdən gizlədilən papiroslar aşkarlanıb

 

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-210740" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin döşəməsində və ön sağ-sol qanadlarının altında gömrük nəzarətindən gizlədilən 6225 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az