Almatıda saxlanılanların ümumi sayı açıqlanıb

Dünya

15.01.2022 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

Hadisələr nəticəsində minlərlə insan xəsarət alıb

Qazaxıstanın hüquq-mühafizə orqanları Almatı şəhərində qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə ittiham edilən 2402 nəfəri saxlayıb.

AYNA xəbər verir ki, bu barədə məlumatı şəhər komendantlığı açıqlama yayıb.

Bildirilir ki, ölkədə terrorizmə qarşı əməliyyat başlayandan bu günə qədər 79 silah və 3976 sursat aşkar edilərək götürülüb. 

Xatırladaq ki, yanvarın 2-dən Qazaxıstanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Bu aksiyalar bir neçə gündən sonra kütləvi iğtişaşlara çevrilib. İğtişaşlar zamanı polis, hərbçi və hakimiyyət orqanlarına hücumlar edilib. Hadisələr nəticəsində minlərlə insan xəsarət alıb, həlak olanların dəqiq sayı hələ ki, bilinmir. Ölkə rəhbərliyinin məlumatına görə, asayiş bərpa olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş