Afrikanın 30 ölkəsində “omikron” ştamı yayılıb

Dünya

15.01.2022 - 05:36

Həkimlər Klinikalar SEO Xidməti

Son bir həftədə Afrikada COVİD-19-dan ölüm halları 64% artıb

Afrikada “omikron” variantının yayılması ilə bağlı statistika açıqlanıb. AYNA-nın xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı bu ştamın qitənin 30 ölkəsində aşkarlandığını bildirib.

Bir çox ölkədə “omikron” “delta”nı üstələyib. Son bir həftədə Afrikada COVİD-19-dan ölüm halları 64% artıb. Qitədə pandemiya ilə mübarizədə ən ciddi problemlərdən biri vaksinasiya tempinin aşağı olmasıdır.

Afrikada əhalinin cəmi 10%-i koronavirusa qarşı peyvənd olunub, halbuki digər qitələrdə bu göstərici 50% təşkil edir. Cəmi 7 Afrika ölkəsi 2021-ci ilin sonunadək əhalinin 40%-nin peyvəndlənməsi hədəfinə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş