Abşeronda yaşayış binasında yanğın olub

Hadisə

25.02.2024 - 01:15

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib.

AYNA xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az