Abşeronda 35 yaşlı kişi qətlə yetirilib

Hadisə

18.01.2024 - 19:22

Mərhumun qayınatası qətli törətməkdə şübhəli bilinir

Yanvarın 18-də Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.

 

Müəllif: Ayna.az