ABŞ yaxın aylarda qoşunlarını Suriyadan çıxarmağı planlaşdırır

Dünya

16.04.2025 - 09:27

Həkimlər Klinikalar SEO Xidməti

“Ynet”: İsrail bu ssenarinin qarşısını almağa çalışsa da, amerikalı həmkarlarını mövqelərini dəyişməyə inandıra bilməyib

ABŞ İsraili yaxın iki-üç ay ərzində Suriyadan Amerika qoşunlarını çıxarmağa başlamaq planları barədə məlumatlandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail bu ssenarinin qarşısını almağa çalışsa da, amerikalı həmkarlarını mövqelərini dəyişməyə inandıra bilməyib.

“Ynet”in yazdığına görə, İsrail kəşfiyyat xidmətlərinin rəhbərləri ABŞ qoşunlarının Suriyada qalmasını təmin etmək üçün amerikalı həmkarlarına “təzyiq” etməkdə davam edir. Adının açıqlanmasını istəməyən İsrail rəsmisinin sözlərinə görə, İsrail Amerika qoşunlarının çıxarılmasının Türkiyənin Suriyada təsirini genişləndirməsinə imkan verəcəyindən qorxur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş