Son üç gündə yoluxma sayı antirekord qırmaqdadır
ABŞ və Fransada koronavirusun "Omicron" ştammının sürətli yayılması müşahidə edilir. AYNA xarici mediaya istinadən bildirir ki, bu ölkələrdə virusa yoluxmaların gündəlik sayı artmaqdadır.
ABŞ-ın Xəstəliklər və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, ölkədə bazar ertəsi günü 440 mindən çox yeni yoluxma qeydə alınıb. CDC məlumat izləyicisi dekabrın 27-də yoluxma hallarının 441 mindən çox artdığını və bu günə qədər agentliyə bildirilən ən yüksək gündəlik yoluxma olduğunu açıqlayıb.
Fransanın Avropada gündəlik yoluxma hallarının sayının ən çox qeydə alındığı ölkə olduğu bildirilib.
Çərşənbə axşamı günü bu ölkədə 180 minə yaxın yoluxma qeydə alınıb. Fransanın səhiyyə naziri Olivier Veran deyib ki, vəziyyət yanvarın əvvəlinə qədər gündəlik 250 minədək xəstə görə biləcəklərini nişan verir.
İtaliya, Yunanıstan, Portuqaliya və İngiltərədə də çərşənbə axşamı rekord artım qeydə alınıb.
Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik koronavirus statistikası yeniləməsində "Omicron" ştamının riskinin çox yüksək olaraq qaldığı xəbərdarlığı ilə gəlir.
Çərşənbə axşamı dərc edilən məlumata əsasən, bütün ştamların koronavirus infeksiyalarının sayı dekabrın 26-dan əvvəlki həftədə Avropada 57 faiz, Amerikada isə 30 faiz artıb.
Tədqiqatlar göstərir ki, "Omicron" variantı "Delta"dan daha yumşaqdır. Yoluxmuş insanların xəstəxanaya düşmə şansı 30-70 faiz aşağıdır. Lakin o narahatlıq var ki, sürətli yoluxma xəstələrin sayını artıra və bu da xəstəxanaların işini çətinləşdirə bilər.