Zəngilanda silah-sursat aşkarlanıb

Xəbərlər

18.04.2024 - 15:47

Bir avtomat, iki daraq və 43 patron aşkar edilib

Zəngilanda silah-sursat aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub.

Həmin əraziyə keçirilən baxış zamanı bir avtomat, iki daraq və 43 patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az