Zelenskidən tapşırıq: "Cənub əraziləri azad edin!"

Dünya

11.07.2022 - 09:43

Həkimlər Klinikalar SEO Xidməti

"Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır”

Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərə ölkənin cənubdakı sahilyanı əraziləri işğaldan azad etməyi tapşırıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Nazirin sözlərinə görə, Prezident ali hərbi rəhbərliyə ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən müvəqqəti işğal olunmuş ərazilərin azad edilməsi üçün planlar hazırlamağı tapşırıb.

"Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident Ali Hərbi Baş Komandana planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah öz tapşırıqlarını yerinə yetirir və bu məqsədə çatmaq üçün bizə "A", " B" və "C" planları lazımdır", - Reznikov vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş