Zelenski Britaniya Parlamentinə dəbilqə hədiyyə etdi, təyyarələr istədi

Dünya

09.02.2023 - 11:10

Ukrayna Prezidenti: "Mən sizə və bütün dünyaya sadə, lakin çox vacib sözlərlə müraciət edirəm: Ukrayna üçün döyüş təyyarələri"

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya Parlamentində çıxışı zamanı bu ölkədən döyüş təyyarəsi istəyib.

AYNA xarici mediaya istinadən bildirir ki, Zelenski çıxışı zamanı Britaniya tərəfinə ukraynalı pilotların hədiyyəsini - uçuş dəbilqəsini təqdim edib.

"Mən sizə və bütün dünyaya sadə, lakin çox vacib sözlərlə müraciət edirəm: Ukrayna üçün döyüş təyyarələri", - Zelenski dəbilqəni təhvil verdikdən sonra deyib və ümid etdiyini bildirib ki, bu simvolik hədiyyə Kiyevə təyyarə göndərmək üçün koalisiyasının yaradılmasında kömək edəcək.

Qeyd edək ki, Zelenski Ukraynada müharibə başlayandan bəri ilk dəfədir ki, Böyük Britaniyaya səfər edib. Ukrayna lideri Londona səfəri günü kral, Baş nazir və Britaniya Parlamentinin üzvləri ilə görüşüb.

Böyük Britaniya kralı III Çarlz Bukinqem sarayında Ukrayna Prezidentini qəbul edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə