Ukrayna ordusu şəhəri nəyin bahasına olursa-olsun prinsipi ilə müdafiə etməyəcək
“Bizim üçün Baxmutu müdafiə etmək vacibdir. Lakin bu müdafiə nəyin bahasına olursa-olsun prinsipi ilə deyil”.
AYNA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Ukrayna qoşunları ağlabatan müddətdə Baxmut uğrunda döyüşəcək, amma oranı nəyin bahasına olur-olsun fikri ilə müdafiə etmək niyyətində deyillər.
Zelenski Baxmutu “çox da böyük olmayan şəhər” adlandırıb.