Zaxarovadan Minsk Qrupu ilə bağlı AÇIQLAMA

Xəbərlər

20.01.2022 - 15:24

"Rusiya Minsk Qrupunun fəaliyyətinin yeni reallıqlarda davam etməsinin tərəfdarıdır"

"Rusiya Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi strukturun mandatına uyğun olaraq, 2020-ci ildən sonra yaranmış reallıqları nəzərə alaraq işinin davam etdirilməsinin tərəfdarıdır".

AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, bu yanaşmanı Minsk Qrupunun tərəfdaşları bölüşürlər ki, bu da ötən il dekabrın 7-dəki bəyanatda öz əksini tapıb: "Hazırda Minsk Qrupu vəziyyətlə yerində tanış olmaq üçün münaqişə tərəflərindən vasitəçilərin regiona səfərlərini bərpa etmək çağırışına rəsmi cavab gözləyir”. 

Müəllif: Ayna.az