Nazir “Saha Expo" sərgisində iştirak edəcək
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyə Respublikasına işgüzar səfərə gedib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də qardaş ölkədə keçiriləcək “Saha Expo" sərgisində iştirakı planlaşdırılır.