Yeni Qvineya sahillərində 6,2 bal gücündə zəlzələ olub

Dünya

12.04.2025 - 11:33

Həkimlər Klinikalar SEO Xidməti

Sunami təhlükəsi elan olunmayıb

Yeni Qvineya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə aprelin 12-də Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar UTC vaxtı ilə 3:47-də qeydə alınıb. Zəlzələnin episentri 73 km dərinlikdə olub və 283 min nəfər əhalisi olan Port Moresbi şəhərindən 855 km şimal-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş