Yasamalda ağac avtomobillərin üzərinə aşıb

Hadisə

15.01.2023 - 23:15

Hadisə Zahid Xəlilov küçəsində qeydə alınıb

Yasamal rayonunda ağac avtomobillərin üzərinə aşıb. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsində qeydə alınıb.

Ağacın qəfildən kökündən qopması nəticəsində xəsarət alan olmasa da, iki minik avtomobilinə ziyan dəyib.

Müəllif: Ayna.az