Yaponiyada güclü zəlzələ olub

Dünya

04.01.2022 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

Sunami xəbərdarlığı elan edilməyib

Yaponiyanın Oqasavara adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri Sakit okeanda, təqribən 2 min nəfərin yaşadığı Tiçizima adaları yaxınlığında, ocağı isə 70 km dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan edilməyib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Oqasavara adaları paytaxt Tokiodan 1200 km cənubda yerləşir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş