Reyslərini dəyişməyə məcbur olan insanların böyük növbəsi yaranıb
Son iki gündə Yaponiyanın qərb və şimal rayonlarına yağan güclü qar səbəbindən 230-dan artıq aviareys təxirə salınıb.
AYNA xarici mediaya istinadən bildirir ki, Hokkaydo adasında yerləşən Sapporo şəhər aeroportunda reyslər təxirə salınıb.
Yerli administrasiya toplanan qarı təmizləmək üçün uçuş-enmə zolağını 3 saatlıq bağlamağa məcbur olub. Nəticədə Şin-Titoşi aeroportunda reyslərini dəyişməyə məcbur olan insanların böyük növbəsi yaranıb.
Hazırda Hokkaydo adasında və yaxınlıqda yerləşən digər rayonlarda qarın qalınlığının bir metrə çatdığı qeyd olunur. Səlahiyyətlilər Yeni il şənliklərindən sonra evlərinə qayıtmaq istəyən sakinlərdən həddindən artıq ehtiyatlı davranmağı xahiş ediblər.