Yaponiyada 2 hərbi helikopter qəzaya uğrayıb

Dünya

21.04.2024 - 12:43

1 nəfər ölüb, 7 nəfər itkin düşüb

Yaponiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 7 nəfər itkin düşüb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Yaponiyanın müdafiə naziri Minoru Kişara brifinqdə bildirib.

Nazir deyib ki, qəzanın ehtimal olunan səbəbi iki hərbi maşının toqquşması olub.

Onun sözlərinə görə, əməliyyat-axtarış tədbirləri zamanı uçuş qeydini tapmaq mümkün olub.

İki SH60K helikopteri (Mitsubishi) İzu adaları ərazisində təlim uçuşuna başlayıb, lakin tezliklə onlarla əlaqə itib. Hərbi helikopterlərin hər birində dörd ekipaj üzvü olub.

Müəllif: Ayna.az