Yaponiya hökuməti KXDR-in raket atmasına etiraz edib

Dünya

19.03.2023 - 11:19

Tosiro İno: "Bunlar tamamilə qəbuledilməzdir"

Şimali Koreya Yapon dənizinə qısa mənzilli ballistik raket atıb. AYNA xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

 

Buraxılış yerli vaxtla saat 11:05 (Bakı vaxtı ilə 05:05) radələrində qeydə alınıb.

Yaponiya hökuməti bazar günü həyata keçirilən ballistik raketin buraxılışı ilə əlaqədar Şimali Koreya hakimiyyətinə etiraz edib.

Bu barədə jurnalistlərə Yaponiya müdafiə nazirinin müavini Tosiro İno məlumat verib.

"KXDR-nin bu cür hərəkətləri Yaponiyanın, eləcə də bütün beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyinə təhdid yaradır. Bunlar tamamilə qəbuledilməzdir", - deyə İno vurğulayıb.

Xatırladaq ki, bir az əvvəl Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın ballistik raket raket buraxdığı xəbərini yaymışdır.

Müəllif: Ayna.az