Xovayev Azərbaycana nəyə gəlib? - Rusiya XİN açıqladı

Xəbərlər

24.11.2022 - 17:29

Zaxarova: “Xovayevin Bakıdakı təmasları zamanı sülh müqaviləsi problematikası da müzakirə olunur”

“Sülh müqaviləsi mövzusu və Azərbaycan-Ermənistan nizamlanmasına dair digər məsələlər olduqca mürəkkəb və həssas xarakterlidir”. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqində bildirib.

Rusiya XİN rəsmisi konkret razılıq əldə olunana qədər tərəflərin mövqelərini şərh etməyi məqsədəuyğun hesab etmədiklərini diqqətə çatdırıb.

 “Bu haqda dəfələrlə demişik”, - Zaxarova əlavə edib.

Zaxarova Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin noyabrın 14-də İrəvanda səfərdə olduğunu xatırladıb.

“Hazırda Xovayev Bakıda səfərdədir. Xovayevin Bakıdakı təmasları zamanı sülh müqaviləsi problematikası da müzakirə olunur”, - Zaxarova qeyd edib.

Xatırladaq ki, noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə