Xocavənd, Füzuli, Tərtər və Ağdam istiqamətlərindəki mövqelərimiz atəşə tutulub

Xəbərlər

27.11.2022 - 11:28

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə