Xəzərdə silahlı şəxs saxlanılıb

Xəbərlər

17.04.2024 - 19:13

DİN vətəndaşlara müraciət edib

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin, 1 ədəd tapança, 17 ədəd patron və 2 ədəd bıçaq aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədovun qanunsuz əməllərindən zərər çəkən şəxslər DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Müəllif: Ayna.az