Xəzərdə monitorinqlər başa çatıb

Xəbərlər

18.11.2022 - 15:56

cedabet dərman SEO Xidməti

Su bioloji resurslarının ehtiyatları öyrənilib

Xəzər dənizinin Azərbaycan sektorunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən monitorinqlər başa çatıb, dənizin hidrobioloji və hidrokimyəvi vəziyyəti öyrənilib.

AYNA xəbər verir ki, bu barədə ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

Bildirib ki, ekspedisiya qrupu yerli və xarici şirkətlərin neft-qazçıxarma müəssisələrinə aid özül və platformalar ətrafında, eyni zamanda, Cənub-Şərqi Qoltuk, Kür dili və Lənkəran məntəqələrində tədqiqatlar aparıb: “Monitorinqlər zamanı 19 məntəqə üzrə su, zooplankton, bentos və dib çöküntüsü olmaqla, 208 nümunə götürülüb, hidrometeoroloji ölçmələr aparılıb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti təhlil edilib, quşların miqrasiyasının vizual müşahidəsi keçirilib, su bioloji resurslarının ehtiyatları öyrənilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş