Daha bir universitetin tələbələri zəhərlənib

Xəbərlər

26.11.2019 - 10:59

Həkimlər Klinikalar SEO Xidməti

Tələbələrə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıblar

 

Bu gecə Xəzər Universitetinin 6 tələbəsi dəm qazından zəhərlənib. 

 

AYNA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tələbələr təcili tibbi yardım avtomobili ilə Кliniki Тibbi Мərkəzin Toksikologiya şöbəsinə  dəm qazından zəhərlənmə ehtimalı ilə aparılıblar.

 

"Təcili tibbi yardıma çağırış saat 4:47-də olub. Qızların dediyinə görə, hadisə kirayə qaldıqları, Qara Qarayev pr. 76 mənzil 28-də baş verib. Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndiriblər. Onlara lazımı tibbi yardım göstərilib", - deyə məlumatda bildirilib. 

 

O da qeyd olunub ki, tələbələrə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Müəllif: Ayna.az