Xaçmazda avtomobil ağaca çırpılıb

Hadisə

03.10.2022 - 03:41

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb

Xaçmaz-Xudat magistral yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın “Report”a istinadən məlumatına görə, Xaçmazın Nərəcan kəndində "Opel" markalı avtomobilin sürücüsü idarətməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı sərnişinlər - 1992-ci il təvəllüdlü Günel Rafiq qızı Fərəcova, 2000-ci il təvəlludlü Milana Ceyhun qızı Axundova və 2003-cü il təvəllüdlü Aysu Ceyhun qızı Nuriyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az