Vyanada 35 min insan məhdudiyyətlərə etiraz edib

Dünya

21.11.2021 - 00:26

Həkimlər Klinikalar SEO Xidməti

Etirazçılar təhlükəsizlik polisinə pivə qutuları atıb

Avstriyanın paytaxtı Vyanada COVID-19 məhdudiyyətlərinə qarşı keçirilən aksiyada 35 min insan iştirak edib.

AYNA “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin sözçüsü məlumat verib.

Bildirilir ki, nümayişdə bir neçə nəfər həbs edilib. Bir neçə etirazçı təhlükəsizlik polisinə pivə qutuları atıb.

Avstriya kansleri Aleksandr Şallenberqin daha bir karantin qərarından əvvəl məhdudlaşdırıcı tədbirlərin əleyhdarları yenidən Vyana küçələrinə çıxıblar.

Qeyd edək ki, Avstryada 2022-ci il fevralın 1-dən məcburi peyvənd tətbiq olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş