Vətən müharibəsi qazilərinə 4800-ə yaxın sosial ödəniş təyin edilib

Xəbərlər

29.12.2021 - 15:50

Həkimlər Klinikalar SEO Xidməti

Şəhid ailələrinə 15 min 800-dən çox sosial ödəniş təyin olunub

Bu ilin əvvəlindən şəhid ailəsi üzvlərinin və müharibə əlilləri üçün sosial ödənişlərin məbləği orta hesabla 50 faiz artırılmaqla ödənilib. Şəhid ailələrinə 15 min 800-dən çox, müharibədə yaralanan qazilərə 4800-ə yaxın sosial ödəniş təyin edilib. Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) əməkdaşları 1300 qazini ziyarət edib.

AYNA xəbər verir ki, bunu ilin yekunlarına həsr olunan mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov postmüharibə dövründə sosial dəstək tədbirləri haqqında danışarkən deyib.

Himalay Məmişov fondun inzibati idarəetmənin təkmilləşdirilməsi barədə isə bunları bildirib: “Fondun xidmətlərinin elektronlaşdırılması nəticəsində ümumilikdə 500 mindən artıq proaktiv təyinat aparılıb. Bu, o deməkdir ki, məhz bu qədər vətəndaş heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını həyata keçirib. Fərdi uçotun təkmilləşdirilməsi zamanı benefisarı bilinməyən 1,1 milyard vəsait aşkar olunaraq konkret şəxslərin hesablarına işlənilib. Ölkə üzrə məhkəmə mübahisələrində iştirakın mərkəzləşdirilməsi nəticəsində DSMF-nin əleyhinə qüvvəyə minmiş məhkəmə mübahisələrinin sayı 2017-ci ildəki 12 min işdən bu ilin ilk 8 ayı mərzində 600 işə enib. Beləliklə, məhkəmə aktları üzrə öhdəliklər 63 milyon manatdan 1,7 milyon manata enib. Uduzulmuş işlərin sayında təqribən 96 faiz, uduzulmuş işlər üzrə öhdəliklərdə təqribən 97 faiz azalma baş verib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş