"Hesab edirəm ki, ən vacib şey ABŞ-ın Ukrayna və Rusiya ilə bağlı mövqeyidir”
“Ukraynanın “Starshield”ə çıxışı “SpaceX”in qurucusu İlon Maskın mövqeyindən deyil, Vaşinqtonun mövqeyindən asılıdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Cey.Di.Vens deyib.
"Hesab edirəm ki, ən vacib şey ABŞ-ın Ukrayna və Rusiya ilə bağlı mövqeyidir. Daha əvvəl dediyim kimi, danışıqları bərpa etmək üçün çalışırıq", - deyə o bildirib.
Vensin sözlərinə görə, özəl korporasiyaya rəhbərlik edən Mask ABŞ hökumətinin birbaşa əmri olmadan iki ölkə arasındakı münaqişəyə müdaxilə etmək istəmir: "Düşünmürəm ki, bu, İlonla bağlıdır".
Daha əvvəl ABŞ Prezidenti Ukraynanın “Starshield” hərbi peyk rabitə sisteminə çıxışının qadağan edilməsində hər hansı bir iştirakını təkzib edib. Amerika lideri məhdudiyyətlərin kimin tərəfindən irəli sürüldüyünü bilmədiyini söyləyib.