ÜST rəhbərindən yaxın bir neçə həftə ilə bağlı xəbərdarlıq

Dünya

19.01.2022 - 05:25

Həkimlər Klinikalar SEO Xidməti

Qebreyesus yaxın bir neçə həftənin kritik olacağını deyib

Son bir həftə ərzində dünyada 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb.

AYNA xəbər verir ki, bu barədə çərşənbə axşamı Cenevrədə keçirilən brifinqdə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Keçən həftə 18 milyondan çox yoluxma hadisəsi bildirilib”, - Qebreyesus qeyd edib. 

ÜST rəhbərinin sözlərinə görə, pandemiya ilə mübarizə aparan səhiyyə xidmətləri üçün yaxın bir neçə həftə kritik olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş