ÜST: "Koronavirus pandemiyasının sonu yaxınlaşır"

Dünya

14.09.2022 - 21:33

Həkimlər Klinikalar SEO Xidməti

Qebreyesus vaksinasiya ilə bağlı çağırış edib

Koronavirus pandemiyasının sonu yaxınlaşır. AYNA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

"Keçən həftə COVID-19-dan həftəlik ölümlərin sayı 2020-ci ilin mart ayından indiyədək ən aşağı həddə çatıb. Biz hələ hədəfə çatmamışıq, lakin son yaxınlaşır", - Qebreyesus əlavə edib.

Eyni zamanda, ÜST rəhbəri dövlətləri 70% peyvəndlə əhatə olunma yolunda ən yüksək prioritet kimi ən riskli qrupların, o cümlədən tibb işçiləri və yaşlıların 100%-nin peyvənd edilməsinə təşviqə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş