ÜST Afrikadakı vəziyyətlə bağlı fövqəladə iclas çağırıb

Dünya

11.08.2024 - 18:42

cedabet dərman SEO Xidməti

ÜST Afrikadakı meymunçiçəyi ilə bağlı vəziyyətə dair toplanacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsi Afrikadakı meymunçiçəyi ilə bağlı vəziyyətə dair avqustun 14-də toplanacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə qurumun rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində yazıb.

ÜST-nin məlumatına görə, Konqo Demokratik Respublikasında iki ildir ki, meymunçiçəyi epidemiyası davam edir və o, qonşu ölkələrə də keçə bilər.

Qeyd edək ki, meymunçiçəyi nadir virus infeksiyasıdır. Bu, adətən yüngül xəstəlikdir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəziləri ciddi fəsadlarla üzləşə bilərlər. Xəstəliyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş