“Ukraynanın Moldova ilə sərhəddəki istehkamları ölkə üçün təhlükə yaratmır”

Dünya

15.03.2023 - 13:38

Oleq Serebrian: “Dnestryanı bölgədən təəssüf ki, Ukraynaya qarşı təcavüzün genişləndirilə biləcəyi ərazi kimi istifadə oluna bilər”

“Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin “Pridnestroviya Moldova Respublikası” (PMR) regionunda cəmləşməsi, eləcə də Moldova ilə sərhəddə istehkamların təşkili ölkə üçün təhlükə yaratmır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Moldovanın Baş nazirinin müavini Oleq Serebrian deyib.

Nazir bildirib ki, istehkamlar müdafiə xarakterlidir və Ukraynanı “PMR”-nin mümkün hücumundan qorumaq üçün nəzərdə tutulub.

"Biz hamımız şahidi olduq ki, Dnestryanı bölgədən təəssüf ki, Ukraynaya qarşı təcavüzün genişləndirilə biləcəyi ərazi kimi istifadə oluna bilər”, - Serebrian deyib.

Bundan əvvəl Moldova Sərhəd Polisinin əməkdaşı Raisa Novitski Ukraynanın Moldova ilə sərhəddə xəndəklər qazmağa başladığını bildirərək, bunu qaçaqmalçılıq və qeyri-qanuni miqrasiya ilə mübarizə ilə izah edib.

Müəllif: Ayna.az