Ukraynanın bu şəhərinə giriş bağlanıb: Avdiyevka "qırmızı zona" elan edilib

Dünya

27.03.2023 - 15:25

Yerli hakimiyyət jurnalistlərdən şəhərə girməməyi xahiş edir: vəziyyət təhlükəlidir

Ukraynanın Donetsk bölgəsinin Avdiyevka şəhəri “qırmızı zona” elan edilib. AYNA UNİAN-a istinadən bildirir ki, martın 27-dən şəhərə giriş - xüsusən də könüllülərin və jurnalistlərin girişi qadağan edilib.

Avdiyevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş mətbuat nümayəndələrini qadağanı pozmamağa və qadağaya baxmayaraq, alternativ yollarla cəbhə xəttinə daxil olmamağa çağırıb.

O, videomüraciətində “sərəncam var – şəhərə girişə qadağa qoyulub”, - deyə vurğulayıb.

Qeyd edək ki, şəhər Rusiya qüvvələri tərəfindən mütəmadi olaraq raket atəşinə tutulur. Rusiya ordusu bütün diqqətlərini Avdiyevkaya yönəldib və şəhəri mühasirəyə almaq üçün səylərini gücləndirib. Hazırda şəhər ətrafında şiddətli döyüşlərin getdiyi bildirilir.

Müəllif: Ayna.az