Ukraynada qadınların xaricə çıxışına qadağa qoyulur?

Dünya

07.09.2022 - 16:53

cedabet dərman SEO Xidməti

Müdafiə Nazirliyi: Bu gün hərbi qeydlərdə olan qadınların sayını artırmağa təcili ehtiyac yoxdur

Ukraynanın Müdafiə Nazirliyi 2022-ci il oktyabrın 1-dən qadınların xaricə çıxışına qadağaların olmayacağını açıqlayıb. AYNA UNİAN-a istinadən bildirir ki, Ali Rada “Hərbi vəzifə və hərbi xidmət haqqında” Ukrayna qanununun 1-ci maddəsinə dəyişiklik edilməsi barədə qanun layihəsini yekunlaşdırır.

Ölkənin müdafiə nazirinin müavini Anna Malyar "Facebook" səhifəsində bildirib ki, qadınların hərbi xidmətə qeydiyyatının yalnız könüllü olması təklif edilir.

Bundan əlavə, müdafiə naziri Aleksey Reznikov qadınların müvafiq peşələr/ixtisaslar üzrə hərbi qeydiyyata alınmasının daha bir il - 2023-cü il oktyabrın 1-dək təxirə salınması haqqında əmr imzalayıb.

"Bu sərəncam qüvvədə olan qanunvericiliyin normalarını dəyişdirmir", - Malyar vurğulayıb.

Onun sözlərinə görə, 2023-cü il oktyabrın 1-dək xalq deputatları qanunvericilik səviyyəsində qadınların müvafiq peşə/ixtisas üzrə hərbi qeydiyyata alınmasının müstəsna olaraq könüllü olduğunu müəyyən edə biləcəklər. 

Nazir müavini əlavə edib ki, bu gün ştatda hərbi qeydiyyatda olan qadınların sayını artırmağa təcili ehtiyac yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş