Ukraynada koronavirusa qarşı peyvənd əleyhinə aksiya keçirilib

Dünya

12.12.2021 - 22:42

Həkimlər Klinikalar SEO Xidməti

Poltavada aksiyaçılar əllərində plakatlarlə Kiyev-Xarkov yolunu bağlayıblar

Ukraynanın Poltava şəhərində koronavirusa qarşı peyvəndin əleyhinə olan 100-ə yaxın şəxs dekabrın 12-də Kiyev-Xarkov avtomobil yolunu bağlayıb.

AYNA UNIAN Agentliyinə istinadən xəbər verir ki, peyvənd əleyhinə olanlar piyada keçidi ilə gəzərək Ukraynada bəzi kateqoriyalar vətəndaşlar üçün tətbiq edilən COVID-19-a qarşı məcburi peyvəndin ləğv edilməsini və insan hüquqlarına hörmət edilməsini tələb ediblər.

Yolda aksiyanın keçirilməsi nəticəsində yük maşınlarından ibarət böyük tıxac yaranıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş