Ukrayna XİN 21 ölkəyə səfir axtarır: “Adam tapmaq çox çətindir”

Dünya

14.03.2023 - 12:04

cedabet dərman SEO Xidməti

Nazir: “Arzu edənlər çoxdur, amma belə çətin işi keyfiyyətlə yerinə yetirməyə hazır olanlar azdır”

Ukrayna Xarici İşlər Nazirliyi  (XİN) 21 ölkədə səfirlər işinə qəbula başlayıb. AYNA xəbər verir ki, bu barədə XİN başçısı Dmitri Kuleba özünün “Facebook” səhifəsində yazıb.

“Arzu edənlər çoxdur, amma belə çətin işi keyfiyyətlə yerinə yetirməyə hazır olanlar azdır. Meyarlara, tələblərə cavab verən, dilləri bilən, nəticə verə biləcək adam tapmaq çox çətindir”, - deyə nazir bildirib.

Kulebanın sözlərinə görə, XİN hazırda Avropa, Latın Amerikası, Afrika, Yaxın Şərq, Transqafqaz və Mərkəzi Asiyanın 21 ölkəsinə səfir axtarır.

Qeyd edək ki, aktiv vakansiyalar XİN-in saytında yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş