Nazir: "Təyyarələrə ehtiyacımız var!"
12 gündə Mariupolda 1582 dinc sakin həlak olub. AYNA-nın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib
"Mühasirəyə alınmış Mariupol indi planetin ən ağır humanitar fəlakətinin yaşandığı yerdir. 12 gündə 1582 dinc sakin öldürülüb", - deyə nazir bildirib.
Ukrayna XİN rəhbəri Rusiya qüvvələrinin davamlı zərbələri nəticəsində həlak olanların kütləvi məzarlarda dəfn edildiyini qeyd edib.
"Rusiyanın hərbi cinayətlərini dayandırmaq üçün təyyarələrə ehtiyacımız var! ", - deyə Kuleba əlavə edib.