Ukrayna Silahlı Qüvvələri Xarkovda daha bir qəsəbəni azad edib

Dünya

03.05.2022 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

Geraşenko: "Molodovı qəsəbəsinə nəzarət bərpa edilib"

Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığındakı daha bir qəsəbəni azad edib. AYNA "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin müşaviri Anton Geraşenko sosial şəbəkə hesabında bildirib.

“92-ci briqada Xarkov vilayətində Starıy Saltovla qonşu olan Molodovı qəsəbəsinə nəzarəti bərpa edib”, – Geraşenko qeyd edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücum əməliyyatı keçirərək Rusiya hərbçilərini Xarkovdan 25 kilometr geriyə sıxışdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş