Ukrayna Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib

Dünya

16.12.2022 - 16:59

cedabet dərman SEO Xidməti

“Avropa və ya Amerika klinikalarından birinə köçürülməsi tələbini təmin etməyə çağırırıq”

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib. AYNA-nın Ukrayna mediasına istinadən məlumatına görə, XİN Saakaşvilinin vəziyyətindən narahat olduğunu bildirib.

“Ukrayna XİN vətəndaşımız M.Saakaşvilinin səhhətinin pisləşməsindən dərin narahatdır. Ukrayna vətəndaşının vəziyyətinin ağır olduğunu nəzərə alaraq, Gürcüstan tərəfini ona müvafiq tibbi yardım göstərməyə, habelə Saakaşvilinin cəzasının ləğv edilməsinə, bundan sonra müalicə üçün Avropa və ya Amerika klinikalarından birinə köçürülməsi tələbini təmin etməyə çağırırıq”, - bəyanatda qeyd edilib.

Qeyd edək ki, Ukrayna vətəndaşı olan Saakaşvili ölkənin Milli İslahatlar Şurasının sədridir.

Xatırladaq ki, Gürcüstanda həbsdə olan Saakaşvilinin səhhəti pisləşib. O, məhkəmədə vəsatətlərinin təmin olunmaması iddiası ilə aclıq aksiyasına başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş