"Twitter"in işində nasazlıq müşahidə olunur
Müxtəlif ölkələrdən olan tviter istifadəçiləri sosial şəbəkədəki nasazlıqlardan şikayətlənirlər.
AYNA xəbər verir ki, bunu məşhur internet resurslarının nasazlıq və problemlərini izləyən “Downdetector” saytının məlumatları göstərir.
Problemlər əsasən ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniyadan olan istifadəçilər tərəfindən bildirilir.