Türkiyədə zəlzələdən zərər görən şəxslərin sayı açıqlanıb
“Kahramanmaraş zəlzələsindən ümumilikdə 13,5 milyon vətəndaşımız zərər görüb”.
AYNA-nın məlumatına görə, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Türkiyədə baş verən dağıdıcı zəlzələnin nəticələri ilə bağlı danışarkən bildirib.
Nazir deyib ki, zəlzələnin təsiri nəticəsində 5 757 bina dağılıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Nəticədə azı 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb.